Ali məktəblərdə təhsil ödənişsiz ola bilər? - ŞƏRH
26.12.2019 07:12 Fikirlər

Ali məktəblərdə təhsil ödənişsiz ola bilər? - ŞƏRH

Sosial mediada BDU-nun 2 saylı korpusunun fasadında “Pulsuz təhsil” şüarı yazılmış plakatın asılması gündəm yaradıb.

Bu hadisə müəyyən zamanlarda müzakirə mövzusuna çevrilən ali məktəblərin ödənişsiz olması məsələsini yenidən aktuallaşdırıb.

Demək olar ki, heç bir ölkədə ödənişsiz təhsil yoxdur. Bunun üçün böyük maliyyə ehtiyatının lazım olduğu bildirilir. Reytinq sıralamasına düşən təhsil ocaqları aldıqları ödənişin müqabilində tələbəyə lazım olan bilik və bacarıqları aşılayırlar.

Cəmiyyətimizdə də son zamanlar belə bir fikir formalaşıb ki, ildən-ilə ali məktəblərə ödənişsiz əsaslarla ayrılan yerlərin sayı azalıb. Bu fikir nə dərəcədə reallığı əks etdirir?

Mövzu ilə bağlı MediaPosta açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır ki, onların da 31 faizi ödənişsiz, 69 faizi ödənişli əsaslarla təhsil alırlar:

“İlk növbədə qeyd edim ki, ölkə prezidentinin müvafiq sərəncam və qanunauyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan

Ali məktəblərdə təhsil ödənişsiz ola bilər? - ŞƏRH

tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək təhsil haqqından azad edilirlər. 2019-cu ildə isə plan yerlərində ödənişsiz yerlərin sayı 45 faizə çatdırıldı və 2018-ci illə müqayisədə 65 faiz daha çox tələbə ödənişsiz ixtisaslara qəbul oldu. 2019-cu ildə ali məktəblərə qəbul olmuş 43 min abituriyentin 21 mini ödənişsiz təsil almaq hüququ qazandı”.

Ekspert qeyd edib ki, növbəti illərdə ödənişsiz plan yerlərinin sayı daha da artacaq: ““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.

Ali məktəblərdə təhsil ödənişsiz ola bilər? - ŞƏRH

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, növbəti illərdə ödənişsiz plan yerlərinin sayı daha da artacaq və 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq”.

Mütəxəssis onu da əlavə edib ki, tələbələrin azı 65 faizi təhsil haqqından azaddır: “Digər tərəfdən isə güzəştli kateqoriyaya aid olub ödənişsiz ixtisaslara qəbul olmasına baxmayaraq təhsil haqqından azad olanları da nəzərə alsaq deyə bilərik ki, tələbələrin azı 65 faizi pulsuz oxuyur. Misal üçün Bakı Dövlət Universitetdə hazırda 21842 nəfər bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır. Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb. BDU-da güzəştlikateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır”.

MediaPost

Xəbərlər departamenti

Gündəm