Aliment alan analar da 190 AZN üçün müraciət edə bilər
23.04.2020 10:02 Cəmiyyət

Aliment alan analar da 190 AZN üçün müraciət edə bilər

“MediaPost” xəbər verir ki, bunu hüquqşünas, “Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlov deyib.

O bildirib ki, aliment uşaqlara çatır, bu ödənişin valideynə aidiyyatı yoxdur:

“Əvvəla onu deyim ki, hazırda uşaq pulu yoxdur, əvəzində ünvanlı sosial yardım var. Bəzən də aliment alan analar ünvanlı sosial yardım alan sayılmır, bunlar tamam başqa anlayışlardır. Aliment alan ana bunu uşaqalarına görə alır, özünün gəliri deyil. Ona görə də aliment alan analar da 190 AZN-nin alınması üçün müraciət edə bilərlər, onlar üçün heç bir əngəl yoxdur. Çünki qanunvericilikdə və Nazirlər Kabinetinin Qərarında aliment alanların bu statusu əldə edə bilməməsi kimi qadağa yoxdur. Ona görə də bunu nəzərə almaq lazımdır”.

Qeyd edək ki, işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımı iki ay müddətində veriləcək. Birdəfəlik müavinətin verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək.

Xəbərlər departamenti

Gündəm