Alimentin dövlət tərəfindən ödənilməsi təklif edilir
09.03.2021 11:50 Cəmiyyət

Alimentin dövlət tərəfindən ödənilməsi təklif edilir

Ombudsman alimentin dövlət tərəfindən ödənilməsini təklif edib.

"MediaPost" xəbər verir ki, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təklif edilib ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə dövlət tərəfindən ödənilməsi üzrə mexanizm yaradılsın.

Bunun üçün Aliment Fondunun yaradılması təklif edilib.

Xəbərlər şöbəsi

Gündəm