Alimlər "koronavirus yarasadan keçib" mifini tarixə qovuşdurdu
15.04.2020 22:14 Dünya

Alimlər "koronavirus yarasadan keçib" mifini tarixə qovuşdurdu

“Heyvanlardan insanlara keçən yeni viruslar xüsusi bir mənbədən asılı deyil”.

“MediaPost” “Lenta.ru”ya istinadən xəbər verir ki, Şotlandiyanın Qlazqo Universitetinin alimləri koronavirus infeksiyasının daşıyıcısı olan yarasaların, digər potensial virus mənbəyi sayılan heyvanlarla müqayisədə böyük təhlükə yaratmadıqlarını müəyyən ediblər.

Tədqiqatçılar quşlar və məməlilər arasındakı virus əlaqələrini yoxlamaq üçün böyük məlumatlar toplamağa çalışıblar. Alimlər həmçinin heyvanlardan insanlara keçə biləcək infeksiyaları də təhlil etməyə səy göstəriblər. Məlum olub ki, infeksiya daşıyıcıları çox nadir hallarda insanları yoluxdurmağa meyillidirlər.

Araşdırmaların nəticəsindən aydın olub ki, yarasalar koronavirus mənbəyi hesab olunsalar da, epidemiya və ya pandemiyaya səbəb ola biləcək viruslar digər vəhşi heyvanlardan da yayılır. Odur ki. bəşəriyyət üçün potensial təhdidlərin axtarışı daha çox heyvan növləri üzərindən aparılmalıdır.

Xəbərlər departamenti

Gündəm