Mutasiyalar peyvəndlərin hazırlanmasına necə təsir edir? - Alimlər açıqlayır
17.04.2020 14:52 Dünya

Mutasiyalar peyvəndlərin hazırlanmasına necə təsir edir? - Alimlər açıqlayır

"MediaPost" xəbər verir ki, "New York Times"da yer alan xəbərdə koronavirus peyvəndi üçün elm adamlarının iki yerə ayrıldığı qeyd olunub. Bildirilib ki, bir qrup peyvəndin hər mutasiyaya təsirli olmayacağını desə də, digər qisim peyvəndlər koronavirusun yox ediləcəyini düşünür.

Qəzetin yazdığına görə, mutasiyalar iki ssenari ilə nəticələnə bilər.

Birinci ssenari: Koronavirus peyvəndlərin təsirini azaltmayacaq

Uğurlu peyvənd virusu dayandıra bilər. Virus peyvəndə qalib gələcək mutasiyalara uğraya bilməz. Bütün viruslar kimi koronavirus da insandan-insana keçərək mutasiyaya uğrayır. "Mutasiya" əslində, sadəcə, virusun genetik kodundakı dəyişiklikdir. Əksər mutasiyalar virusun necə işləməsini dəyişdirməyəcək .

Yəni viruslar bir hüceyrəyə daxil olur, hüceyrə mexanizmini ələ keçirir və bundan özünü dəfələrlə çoxaltmaq üçün istifadə edir.

Bəzən bu kopyalamalar zamanı kiçik xətalar, yəni "mutasiyalar" meydana çıxır. Viruslar insanlar arasında yayıldıqca bu xətalar çoxalır.

Peyvəndlər virusa müəyyən bir şəkildə yapışır və bədəni virusu zərərsizləşdirib antikorlar istehsal etməyə təşviq edirərək insanları qoruyur. Elm adamları da mutasiyaların bu prosesə təsir edib-etməyəcəyini izləyir. Virusların prosesə təsir göstərməyəcəyi təqdirdə peyvəndlərin yenilənməsinə ehtiyac qalmaya bilər.

İkinci ssenari: Mutasiyalar tədricən peyvəndlərin təsirini azalda bilər

Virus antikorların yapışmasının qarşısını alacaq formada mutasiyaya uğrayarsa, bu vəziyyət daimi və qlobal (bütün koronaviruslu xəstələr üzərində effektiv ola biləcək) peyvəndin tapılmasını çətinləşdirə bilər.

Doktor Bedford prosesi belə izah edir:

"Bir çox virus yayılanda əvvəlcə virusun A növünə yoluxursunuz və immun sisteminiz o növün proteinini tanımağı təklif edir. Ancaq virus daha sonra elə bir şəkildə mutasiyaya uğraya bilər ki, A növünə istiqamətlənmiş antikorlarınız artıq B növünü tanıya bilmir".

Ekspertlər də yeni növləri hədəf almaq üçün yeni peyvəndlər üzərində işləyir. Əgər koronavirus da bu cür davranmağa davam edərsə, yeni vaksinlərin hazırlanması və tətbiqi çətinləşəcək.

Götürülən nümunələr hazırda koronavirusun 11 mutasiyasının daha çox yayıldığını göstərir.

Xəbərlər departamenti

Gündəm