Alimlər qayaların yarıməsrlik sirrini tapdı: 350 kq-lıq daşlar necə hərəkət edir?
14.12.2019 12:13 Gündəm

Alimlər qayaların yarıməsrlik sirrini tapdı: 350 kq-lıq daşlar necə hərəkət edir?

Mediapost.az xəbər verir ki, elm adamları uzun illərdən sonra "Ölüm dərəsi"də iri qayaların 200 metrlik məsafəni qət etməsinin sirrini tapıb.

ABŞ-da Nevada və Kaliforniya ştatlarının səhədində yerləşən səhrada sirli təbiət hadisəsi alimləri düşünürməyə başlayıb. Belə ki, iri qaya parçalarının hərəkəti mifik və elmi versiyaların ortaya çıxmasına səbəb olub.

Bəziləri bu hadisənin yadplanetlilər, bir çoxları isə ilahi güc tərəfindən baş verdiyinə dair iddialar irəli sürüb.

Alimlər qayaların yarıməsrlik sirrini tapdı: 350 kq-lıq daşlar necə hərəkət edirmiş?

Məlumata görə, qayaların hərəkəti təxminən yarım əsr elm adamlarının zamanını alıb.

İlkin versiyaya görə, iri daş parçaları külək və yağışın vasitəsilə yerini dəyişib. Sonradan torpaq qatının çatlamış vəziyyətdə olmasının buna icazə verməyəcəyi ortaya çıxıb.

Maraqlısı odur ki, daşların hərəkəti indiyə qədər əyani şəkildə gözlə görülməyib.

Alimlər qayaların yarıməsrlik sirrini tapdı: 350 kq-lıq daşlar necə hərəkət edirmiş?

Alimlərin növbəti araşdırmalarından sonra yeni versiya irəli sürülüb. Belə ki, "Ölüm dərəsin"də gecə saatlarında çox soyuyan hava səbəbindən yerdə 3-5 millimetr qalınlığında buz təbəqəsi əmələ gəlir. Ertəsi gün havanın təsiri ilə əriyən buz təbəqəsi küləyin əsməsi nəticəsində ağırlığından asılı olmayaraq qayaları yerindən tərpədir. Bu səbəbdən tədricən hərəkət edən daşların yerdəyişməsini gözlə görmək müşkül məsələyə çevrilir.

Xəbərlər departamenti

Gündəm