Almaniyada COVID -19-un müalicəsində effektiv olan bu dərman bir həftəyə sağaldır
18.04.2020 17:43 Dünya

Almaniyada COVID -19-un müalicəsində effektiv olan bu dərman bir həftəyə sağaldır

Almaniyada Ebola virusuna qarşı istifadə olunan “Remdesivir” adlı dərman koronavirusun müalicəsində də tətbiq olunub.

“MediaPost” “Haberler.com”a istinadla xəbər verir ki, Almaniyanın Münhen şəhərində yaşayan 42 yaşlı koronavirus xəstəsi bu dərmandan istifadə edərək bir həftəyə sağaldığını bildirib.

Alman mətbuatı hadisəni "Böyük ümid, yeni dərman sağaldır” başlığı ilə manşetlərə çıxarıb.

42 yaşlı koronavirus xəstəsi olan Kertis Uorren Packet başına gələnlər barədə danışıb. O, bildirib ki,dərmanın ilk tətbiqindən sonra qızdırması 38.8-ə enib. Daha sonra isə dərman damarlar vasitəsi ilə bədənə yeridilib və dörd gündən sonra xəstənin qızdırması normaya düşüb, öskürəyi isə tamamilə keçib. Xəstə yeddi günə tam sağaldığını və həyata geri döndüyünü açıqlayıb və aprel ayının 7-də xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, 42 yaşlı Kertis Uorren Packet mart ayının 7-də 40 dərəcə qızdırma, şiddətli öskürək və sinə ağrıları ilə xəstəxanaya yerləşdirilib:" Çox qorxdum və vahiməyə düşdüm. Daha sonra venoz damarlar vasitəsi ilə dərman bədənimə yeridildi. Dörd günün tamamında qızdırma və öskürək tamamilə yox oldu. Mən yenidən həyata qayıtdım”.

Qeyd edək ki, Ebolaya qarşı istifadə edilən “Remdesivir”dünya üzrə 50 xəstəxanada sınaqdan keçirilir. Bu xəstəxanalardan 3-ü də Almaniyada yerləşir. Dərmanın tezliklə kütləvi istehsalına başlanması və bütün xəstələr üçün istifadə olunması təklif edilir.


Xəbərlər departamenti

Gündəm