Almaniya Litvaya “Patriot” yollayıb
Almaniya silahlı qüvvələri 2 “Patriot” zenit-raket kompleksini Slovakiyadan Litvaya köçürür.
MediaPost xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Bu hava hücumundan müdafiə sistemləri NATO-nun iyunun 11-12-də Vilnüsdə keçiriləcək sammitinin təhlükəsizliyini təmin etməlidir.
Bununla belə, jurnalistlərin fikrincə, Bundesver hava hücumundan müdafiə sistemlərini Slovakiyaya geri qaytarmaq niyyətində deyil. Almaniyanın daha üç “Patriot”u Polşadadır.