Almaniya prezidenti: "Dünyanı buna məcbur etməməliyik"
15.02.2020 10:18 Dünya

Almaniya prezidenti: "Dünyanı buna məcbur etməməliyik"

“MediaPost”un xəbərinə görə, Ştaynmayer Qərbi dünyanı "Qərbləşdirmə” fikrindən daşındırmağa çalışıb. O, ölkələri Çin, Rusiya və regional qüvvələrlə münasibətdə yeni, həqiqi xarici siyasəti mənimsəməyə çağırıb:

“Xarici siyasətimizi çox da məcbur etməməliyik. Xüsusilə Avropa və Almaniya dünyaya daha az missioner mövqe ilə yanaşarsa, uğur qazanar. Dünyanı "Qərbləşdirmək" siyasi gündəmimizə daxil deyil”.

Almaniya prezidenti 2014-cü ildə də xarici işlər naziri kimi sözügedən konfransa qatıldığını və ogünkü dünya ilə bugünkü dünya arasında təhlükəsizlik baxımından fərqliliklər olduğunu söyləyib.

Xəbərlər departamenti

Gündəm