Almaniyada terror aktı törədən şəxsin görüntüləri yayılıb - VİDEO
20.02.2020 12:21 Dünya

Almaniyada terror aktı törədən şəxsin görüntüləri yayılıb - VİDEO

"MediaPost" xəbər veriri ki, Almaniyanın Hanau bölgəsində iki iş yerinə irqçi hücum olub.

Aralarında türklərin də olduğu 11 nəfərin həyatını itirdiyi hücum barəsində son dəqiqə xəbərləri gəlməyə davam edir. Hücum zamanı 5 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Əldə olunan son məlumata görə, hücumu təşkil edən Tobias R. adlı terrorçunun məktubla buraxdığı video görüntülər yayılıb.

Alman xəbər agentliyi "DPA"-nın verdiyi məlumata görə, terrorçunun evinə basqın edən özəl polis qüvvələri Tobias R.-dan əlavə evdə bir nəfərin də cansız bədəni ilə qarşılaşıblar.

Xəbərlər departamenti

Gündəm