Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb - STATİSTİKA
03.12.2019 16:00

Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb - STATİSTİKA

Almaniyadan sığınacaq istəyənlərin sayında azalma qeydə alınıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu ilin oktyabr ayında 11 100 nəfərin sığınacaq ərizəsi qeydə alınıb.

2019-cu ilin oktyabrında BAMF 12 963 nəfərin sığınacaq üçün müraciət ərizələri (sentyabr 2019: 13321) barədə qərar verib. Oktyabrın sonunda gözləyən işlərin sayı 56 628 (30 sentyabr 2019: 54 662 və 31 oktyabr 2018: 59640) olub.

2019-cu ilin yanvar-oktyabr ayları arasında Almaniyada sığınacaq üçün cəmi 122 225 nəfər müraciət edib. Ötən ilin eyni dövrü (138 655 ilkin müraciət) ilə müqayisədə bu, 11,8 faiz azalma deməkdir. Eyni dövrdə Federal İdarə 159 087 nəfərin müraciəti barədə qərar qəbul edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 27 799 nəfər azdır (-14.9 faiz).

3042 nəfər Cenevrə Qaçqın Konvensiyasına əsasən, qaçqın statusu alıb (bütün sığınacaq qərarlarının 23.5 faizi), 1417 nəfər (10.9 faiz) köməkçi müdafiə və 380 nəfər (2.9 faiz) deportasiyadan qorunub.

3 453 nəfərin müraciəti (26,6 faiz) rədd edilib. 4671 nəfər barəsində “Dublin anlaşması” və ”Könüllü qayıdış” proqramı tətbiq edilib.

Sığınacaq istəyənlərin vətəndaşlıq mənsubiyyəti ilə müqayisəli statistikası aşağıdakı kimidir:

Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb - STATİSTİKA

Mediapost.az

Xəbərlər departamenti

Gündəm