Amanda Pol: “Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm rol oynayır”
25.11.2022 14:50 Xarici siyasət

Amanda Pol: “Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm rol oynayır”

“Avropa İttifaqı (Aİ) regiona daha çox diqqət ayırmağa başlayıb, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına töhfəsini verməyə çalışır”.

MediaPost xəbər verir ki, bunu jurnalistlərə Brüssel Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol deyib.

O, bu gün Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə baş tutmuş görüşün çox maraqlı keçdiyini, görüş zamanı geniş spektrli məsələlərin müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Aİ regiona daha çox diqqət ayırmağa başlayıb: "Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır. Cənubi Qafqaz Avropa İttifaqı üçün çox vacib regiondur".

A.Pol vurğulayıb ki, Rusiya üçün bu məsələdə təsirini necə itirdiyini izləmək çox çətindir.

news department

Gündəm