AMB-nin valyuta ehtiyatları son bir ildə 11% artıb
04.11.2019 08:34 İqtisadiyyat

AMB-nin valyuta ehtiyatları son bir ildə 11% artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il oktyabrın 31-na 6 144,7 mln. ABŞ dolları təşkil edib.

AMB-dən Mediapost.az-a verilən məlumata görə, bu göstərici son bir ay ərzində 110,6 mln. dollar və ya 1,8%, ilin əvvəlindən isə 519 mln. dollar və ya 9,2% artıb.

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 608,3 mln. dollar və ya 11% artıb.

Xəbərlər departamenti

Gündəm