Amerika silah ixracından ötən il 205 milyard dollar qazanıb
25.01.2023 23:22 Dünya

Amerika silah ixracından ötən il 205 milyard dollar qazanıb

2022-ci maliyyə ilində ABŞ hərbi avadanlıqlarının satışı 48,8% artaraq 205,6 milyard dollara çatıb.

MediaPost xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda deyilir.

2022-ci maliyyə ilində (1 oktyabr 2021-ci ildən 30 sentyabr 2022-ci il - Red) ABŞ hərbi texnikasının xaricə təsdiqlənmiş satışının həcmi 205,6 milyard dollara çatıb.Bu müddət ərzində satılan avadanlıqların siyahısına İndoneziya üçün 13,9 milyard dollarlıq “F-15ID” döyüş təyyarələri, Yunanıstan üçün 6,9 milyard dollar dəyərində çoxməqsədli döyüş gəmiləri və Polşa üçün ümumi dəyəri 6 milyard dollar olan “M1A2 Abrams” tankları daxildir.

2021-ci maliyyə ilində ABŞ hərbi texnikasının digər ölkələrə razılaşdırılmış satışı 138,2 milyard dollar təşkil edib.

Xəbərlər departamenti

Gündəm