Amerikalı politoloq: “Fransa Senatı beynəlxalq hüquq normalarına zidd hərəkət edir”
28.11.2020 18:44 Xarici siyasət

Amerikalı politoloq: “Fransa Senatı beynəlxalq hüquq normalarına zidd hərəkət edir”

Bu həftə Fransa Senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnamə birmənalı qarşılanmadı. Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya nota verdi, Milli Məclisdə bu qətnaməyə etiraz bəyanatı qəbul olundu. 

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys “MediaPost”a Fransa Senatının bu qətnaməsini şərh edib.

O bildirib ki, bu qətnamə ilə Fransa türk və islamofobiya nümayiş etdirdi. Onun sözlərinə görə, bu qətnamə Azərbaycanla Fransa arasındakı münasibətlərə zərər vurur:

"Fransa höküməti Fransa Senatının qəbul etdiyi qətnaməni təsdiqləməkdən çəkinməli və qətnamədən imtina etməlidir. Təəssüf ki, Fransa höküməti genişmiqyaslı türkfobiya və islamfobiya siyasəti nümayiş etdirir. Bu, Fransa və Qərbi Avropada yaşayan etnik türklərin diskriminasiyasıdır. Emmanule Makron əksəriyyəti erməni əsilli olan seçicilərin maliyyələşdirdiyi senatorlar tərəfindən qəbul edilən qətnaməni dəstəkləməkdən çəkinləlidir. Fransa Senatının qətnaməni qəbul etməsinin iki səbəbi var. Birinci səbəb odur ki, senatorların böyük sayda erməni mənşəli seçiciləri var.
Bu seçicilər onların seçildikləri dairələrdə çoxluq təşkil edir və onlar öz səslərini siyasi hakimiyyətlərinin davamlılığını Fransada yaşayan və onların lehinə səs verən erməni icması sayəsində zəmanər altına alırlar. Bu səbəbdən fransız senatorlar çox aqressiv davranır və beynəlxalq hüquq normalarına zidd hərəkət edirlər. Bununla da onlar bir daha kobudcasına dəhşətli cinayət təşəbbüslərini dəstəkləyir, həmçinin açıq şəkildəmulti-etnik dialoq və beynəlxalq hüququ, ən əəsasi isə Aqzərbaycan respublikasınən ərazi bütövlüyünü pozurlar" - deyə, amerikalı politoloq bildirib.

 

Xəbərlər departamenti

Gündəm