Bütün amerikalıların prezidenti olacağam - BAYDEN
07.11.2020 23:58 Dünya

Bütün amerikalıların prezidenti olacağam - BAYDEN

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə qalib gəldiyini bəyan edib.

"MediaPost"xəbər verir ki, bu barədə C.Bayden özünün tvitter hesabında yazıb.

"Amerika, bu böyük ölkəyə rəhbərlik etmək üçün seçilməyimdən qürur duyuram. Qarşıda çox iş var, amma söz verirəm ki, mən bütün amerikalıların prezidenti olacağam", - deyə Bayden bildirib.

 Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı isə 213-ə bərabərdir.

Xəbərlər şöbəsi

Gündəm