Türk Şurası Baş katibi Azərbaycanı təbrik etdi
11.11.2020 17:56 Dünya

Türk Şurası Baş katibi Azərbaycanı təbrik etdi

Türk Şurası Baş katibi Bağdad Amrayev Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair əldə olunan razılaşma münasibətilə Bakını təbrik edib.

"MediaPost" xəbər verir ki, o, bu razılaşmanı məmnuniyyətlə qarşıladığını söyləyib. 

"Müqavilə beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq qəbul edildi. Bu isə öz növbəsində münaqişənin nəticələrini aradan qaldırılmasında, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 vilayətindəki ərazilərə məcburi köçkünlərin və qaçqınların yerləşdirilməsində, habelə bütün nəqliyyat və kommunikasiya maneələrinin aradan qaldırılmasında və bu bölgədəki bütün ölkələr arasında əlaqələrin artması üçün əsas şərtlərin yaradılmasında və uzunmüddətli sülh və rifahın təmin edilməsində böyük əhəmiyyət daşıyır", - deyə katib qeyd edib.

O, Azərbaycan Ordusunun tarixi nailiyyət əldə etdiyini vurğulayıb: "Azərbaycanın haqlı qələbəsi Türk Şurası daxilində möhkəm əlaqələrə yeni bir təkan verəcək, türk dünyasındakı inteqrasiya proseslərinə və birlik və həmrəyliyin inkişafına kömək edəcək".

Anara Mikail

Gündəm