Aeroport yolunda zəncirvari qəzalar niyə baş verir? - VİDEO

  • 23 mart, 2020 19:14
Aeroport yolunda zəncirvari qəzalar niyə baş verir? - VİDEO

Paytaxtda ən çox zəncirvari qəzaların baş verdiyi yollardan biri Aeroport yoludur. Demək olar ki, hər gün müxtəlif yol qəzalarının olduğu ərazidə zəncirvari qəzalar da çoxluq təşkil edir. Xüsusilə belə yol-nəqliyyat hadisələri Sabunçu rayonu ərazində yerləşən körpünün üzərində qeydə alınır.

Həmçinin bu əraziyə yaxın yerlərdə zəncirvari qəzalara rast gəlirik.

Bəs səbəb nədir?

İlk növbədə sürücülər demək olar ki, ara məsafəsinə riayət etmirlər. Yüksəksürətli yolda ən yaxşı halda 5-8 metr ara məsafəsi saxlanılır ki, bu da qarşıdakı sürücünün əyləci basdığı zaman real qəzanın baş verməsi deməkdir.

"MediaPost" qeyd edilən ərazidə həm gecə, həm də gündüz saatlarında baş vermiş bir neçə qəza hadisəsinin görüntülərini təqdim edir. Diqqətlə baxdıqda aydın olur ki, bütün qəzalara əsas səbəb qarşıdakı sürücünün maneəyə görə əyləci basması və digərlərinin ara məsafəsini düzgün seçməməsidir.

Teymur Məmmədov, "MediaPost"