Koronavirusdan sağalanları nələr gözləyir?

  • 20 may, 2020 10:58
Koronavirusdan sağalanları nələr gözləyir?

İnsult, böyrək çatışmazlığı,psixiki problemlər...

Koronavirusla bağlı məlumatlar yayılanda təkcə yoluxanların və ölənlərin deyil, sağlanların da statistikası açıqlanır. Rəqəmlərdən də göründüyü kimi, xəstəlikdən qurtulanların sayı heç də az deyil. Son məlumatlara görə, dünya üzrə 5 milyona yaxın yoluxma sayı varsa, 2 milyona yaxın da sağalan insan var. Bəs bu 2 milyon insan koronavirus bəlasından birdəfəlik qurtulmuşsayılırmı, yoxsa bu xəstəliyin fəsadları kabus kimi onları bir ömür təqib edəcək?

ƏLİLLİYƏ QƏDƏR APARA BİLƏR

Koronavirusdan sağlanları nələr gözləyir?

"MediaPost" xəbər verir ki, bəzi Qərb mütəxəssislərinin araşdırmalar sonrası gəldiyi qənaət heç də ürəkaçan deyil. Onların fikrincə, COVID-19-un insan orqanizminə təsirləri uzunmüddətli ola bilər. Hətta bəzi xəstələrin vəziyyəti əlilliyə gətirib çıxaracaq qədər pisləşə bilər. Yaxud belə insanları uzun reabilitasiya prosesi və ciddi sağlamlıq problemləri (insult, ürəyin zədələnməsi, böyrək çatışmazlığı, depressiya və digər psixiki problemlər) gözləyə bilər: "Koronavirus infeksiyasının bəzi təsirlərinin uzun müddət qalması mümkündür. Xüsusilə xəstəlik şiddətli olubsa və şəxs reanimasiya şöbəsində qalıbsa".

Məhz bu xüsusiyyətinə görə, tibb alimləri SARS-CoV-2-ni poliomielitlə müqayisə edirlər.

Müqəddəs Tomas xəstəxanasının reanimasiya və intensiv terapiya üzrə mütəxəssisi, britaniyalı professor Hart deyir ki, bir çox xəstədə uzunmüddətli fiziki və başqa sağlamlıq problemləri, həmçininidrak ağırlaşmaları ola bilər.

POSTKORONAVİRUS İZTİRABLARI

Koronavirusdan sağlanları nələr gözləyir?

Tropik xəstəliklər üzrə ixtisaslaşan 64 yaşlı professor Pol Qarner isə "Daily Mail"ə müsahibəsində bildirib ki, COVID-19-dan sağalandan sonra onda "postkoronavirus xəstəliyi" inkişaf edib: "Bu, özünü xroniki yorğunluq, əllərdə və oynaqlarda ağrı, mədə-bağırsaq traktının pozulması, qulaqlarda küy, nəfəs darlığı, başgicəllənmə ilə göstərdi".

COVID-19 xəstəliyinə tutulmuş şəxslərin sonradan sağlamlıq problemləri ilə üzləşə biləcəyi fikriylə Londondakı Karmine Pariante kollecinin psixiatriya üzrə professoru, təcili tibbi yardım üzrə mütəxəssis Əzim Məcid də razılaşır.

Kollecin reabilitasiya şöbəsinin müdiri professor Lin Terner Stoks fizioterapiya, psixoloji dəstək və ürək-ağciyər reabilitasiyasına ehtiyacı olan çox sayda insanla qarşılaşmağa hazırlaşdıqlarını bildirib.

DAVAMLI TİBB NƏZARƏT

Britaniya Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanaya yerləşdirilməsi zəruri olan koronavirus xəstələrinin 45 faizi davamlı tibbi nəzarətə, 4 faizi reabilitasiyaya, 1 faizi isə mütəmadi tibbi yardıma ehtiyac duyur.

Çindəki Honkonq Universitetinin SARS-ın yayılmasından beş il sonra həyata keçirdiyi araşdırma hər dörd xəstədən birində ciddi ağciyər problemi olduğunu üzə çıxarıb. Elm adamlarının araşdırması zamanı atipik sətəlcəmlə gələn və reanimasiyada saxlanılan xəstələrdə böyrək və qaraciyərdə də problemlər aşkarlandığını müəyyən edib.

COVID-dən sonra bu kimi problemlərin nə qədər davam etdiyi hələ ki məlum deyil. Lakin onların xəstəliyi simptomsuz keçirənlərdə də baş verdiyi məlumdur.

Koronavirusdan sağlanları nələr gözləyir?

ƏSAS PROBLEMLƏR

1. Ağciyərlərdə yara izləri: bu yaralar orqanizmin koronavirusa qarşı güclü müqaviməti ("sitokin fırtınası") nəticəsində ortaya çıxır ki, bunun özüxəstənin ölümünə səbəb ola bilər. Bu halda ağciyərlərin havanı udmaq və oksigenə çevirmək qabiliyyəti azalır. Ağciyərlərdə daimi bir narahatlıq hissi yaşanır və quru öskürək olur. Bu dəyişikliklər ömür boyu davam edə bilər.

2. İnsult: bir çox koronavirus xəstəsi tromb yaranmasından əziyyət çəkir. Bu da ağciyər emboliyası, insult, ürək ağrısı və digər ciddi uzunmüddətli ağırlaşmalara səbəb olur. İnsult keçirən gənclərin çoxu sağalır və yaşlı insanlarla müqayisədə onlarda ölüm nisbəti daha azdır. Lakin araşdırmalara görə, həmin gənclərin yalnız 42-53 faizi işinə qayıda bilər.

3. Ürək problemləri: koronavirus ürək əzələsinə təsir göstərə bilər. Çünki bu əzələ çox miqdarda ACE2 zülalını ehtiva edir, bu da SARS-CoV-2 üçün "qapı" hesab olunur. Tibbi məlumatlara görə, yeni koronavirus kəskin miokardit və ürək çatışmazlığına səbəb ola bilər.

4. Böyrək çatışmazlığı: böyrək zədəsi yalnız ağır COVID-19 xəstələri üçün xarakterikdir. Xəstəlik ağır bir formada davam etdikdə qan laxtalanması pozulur, bu da kiçik laxtaların meydana gəlməsinə və qan damarlarının tıxanmasına səbəb ola bilər. Bununla yanaşı, sətəlcəm ağciyərlər ətrafında çox miqdarda suyun əmələ gəlməsinə səbəb olur ki, bu da böyrəklərə əlavə bir yük verir.

"Sətəlcəm xəstələrinin və süni nəfəs aparatına qoşulan xəstələrin demək olar ki, hamısı böyrək problemləri ilə üzləşdi", - deyə Alman Nefroloqlar Cəmiyyətinin rəhbəri Yan Kristof Qalle "Der Spiegel"ə açıqlamasında bildirib.

5. Depressiya və psixoz: "Schizophrenia Research" jurnalında pandemiya və psixozlar haqqında araşdırma dərc olunub. Elm adamlarıqrip pandemiyası zamanı kəskin psixozun yayılması barədə məlumatlara istinad ediblər. Müəlliflər qeyd edirlər ki, 1918-1919-cu illərin pandemiyası zamanı qripdən əziyyət çəkən hamilə qadınların uşaqlarında şizofreniyanın inkişaf riski artıb.

Koronavirusdan sağlanları nələr gözləyir?

Psixi problemlər yalnız koronavirusun təsiri ilə deyil, steroid müalicəsi səbəbindən yarana, həmçinin psixososial streslə də əlaqələndirilə bilər.

PİT sindromu, yəni reanimasiyadan sonra yaranan sindrom təhlükəsi də var və bu, aşağıdakıları əhatə edir:

- Psixi (inkişaf edən təşviş, travma sonrası stres pozğunluğu və depressiya). Müxtəlif məlumatlara görə, xəstələrin çoxunda (62 faizinə qədər) bu cür nəticələr olur;

- İdrak (pisləşən yaddaş və diqqət, düşünmə sürətinin zəifləməsi). Belə nəticələr koronavirus xəstələrinin dörddə biri üçün xarakterikdir;

- Fiziki (əzələ zəifliyi və ağciyər problemləri). Xəstələrin dörddə birində müşahidə olunur.

RİSKİ NECƏ AZALTMALI?

Kanadanın İntensiv Terapiya Cəmiyyəti və Tibbi Mikrobiologiya və Yoluxucu Xəstəliklər Birliyi intensiv terapiya palatalarında olan xəstələr üçün bu tövsiyələri verir:

- Xəstənin süni nəfəs aparatı ilə əlaqəsini minimuma endirmək;

- Ağciyərlərin süni ventilyasiyası ilə əlaqəli olan bakterial sətəlcəmdən qorumaq;

- Xəstəyə tromb yaranma riskini azaldan dərmanlar vermək;

- Təhlükəsiz olduğu anda xəstənin hərəkət etməsini stimullaşdırmaq.


Tərcümə "MediaPost"a məxsusdur