Koronovirusdan qorunmaq üçün sürücülərə tövsiyələr

  • 19 mart, 2020 13:57
Koronovirusdan qorunmaq üçün sürücülərə tövsiyələr

Bu gün dünyada geniş vüsət almış koronovirus infeksiyasına qarşı mübarizə tədbirləri bütün istiqamətlərdə davam edir.

Gündəlik olaraq sükan arxasında olan sürücülər bu infeksiyadan necə qoruna bilərlər? Ümumiyyətlə, avtomobilin hansı hissələri dezinfeksiya olunmalıdır?

İlk olaraq avtomobili açdığımız açarlıq və ya pult spirtlə dezinfeksiya olunmalıdır. Yaxşı olar ki, bu proses gün ərzində bir neçə dəfə edilsin. İkincisi, avtomobilin daha çox istifadə olunan qapı tutacaqları dezinfeksiya edilməsi məsləhətdir.

Koronovirusdan qorunmaq üçün sürücülərə tövsiyələr

Avtomobilin salonunda şüşəqaldıranlar, dirsəklər qoyulan qapı hissələri, qapını açan hissələr dezinfeksiya olunmalıdır.

Bu işdə sürücülərin ən çox təmasda olduğu sükan ilk sırada dayanmalıdır.

Avtomobildə müxtəlif kiçik əşyaları qoyduğunuz saxlanc yerlərinin də dezinfeksiya olunması məsləhətdir.

Koronovirusdan qorunmaq üçün sürücülərə tövsiyələr

Bundan başqa oturacaqlar, sərnişin və sürücülərin daha çox təmas etdiyi nöqtələr də diqqətdən qaçmamalıdır.

Sürücülərin ikinci diqqət etməli olduğu məqamlardan biri də daim havalandırmanı təmin etməkdir. Avtomobilin şüşələri müəyyən qədər açıq olsa, daha yaxşı olar. Çünki içəridə virusun yayılmasının qarşısını almaq üçün bu da effektli olar.

Koronovirusdan qorunmaq üçün sürücülərə tövsiyələr

Ümumiyyətlə, virusdan birbaşa qorunmaq çətin olsa da, bunun qarşısının alınması üçün ən effektiv yol təmasdan uzaq olmaqdır.

Əziz sürücülər, çalışın ki, bu tövsiyələrə əməl edib özünüzü və yaxınlarınızı qoruyasınız.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün