Rokfeller ailəsi və koronavirus - İnsanlar bu gizli məqsəddən xəbərsizdir

  • 3 fevral, 2020 17:33
Rokfeller ailəsi və koronavirus -  İnsanlar bu gizli məqsəddən xəbərsizdir

10 dollarlıq virus hələlik Çini 2 trilyon dollarlıq zərərə uğratdı. Bəlkə də bu məbləğ qısa müddətdə 10 dəfə artacaq.

“MediaPost”un xəbərinə görə, bu barədə “Təqvim” qəzetinin köşə yazarı Bəkir Xəzər “10 dollarlıq əməliyyat” yazısında qeyd edib. O, Rokfeller ailəsindən başlayaraq əvvəlcə laboratoriyada yaradılan və qəsdən dünyaya yayılan virusların tarixçəsi haqqında məlumat verib:

“Devid Rokfeller... Dünyanın ən zəngin iki ailəsindən birinin ən başındakı şəxs idi. 2017-ci ildə 102 yaşında dünyasını dəyişdi. “Planetdə yaşayan insan sayı həddən çoxdur. Dünya bunu ağırlığı qaldıra bilməz” deyirdi. “Mövcud əhali dünya üçün böyük təhddiddir” kimi açıqlamaların videosuna hər kəs internetdən baxa bilər.

Ömrünü, sərvətini dünya əhalisinin azaldılmasına, insanların sonsuzlaşmasına və bu mənada qurulan biolaboratoriyalara həsr etdi. Ali irq üçün çalışan Hitlerin laboratoriyalarına milyon dollarlar köçürdü. Qaradərili insanların azaldılması, Amerikada üstün ağ irqin formalaşması üçün açıq-aşkar dəstək verirdi. Müharibədən sonra Hitlerin irqçi elm adamlarını ABŞ-da öz laboratoriyasına gətirdi”.

Rokfeller ailəsi və koronavirus -  İnsanlar bu gizli məqsəddən xəbərsizdir

Müəllif insanları sonsuzlaşdırmaq üçün geni dəyişdirilən qarğıdalı növünün razılaşma yolu ilə yayılmasına da diqqət çəkib:

“Kaliforniya biotexnologiya şirkəti “Epicyte” kişiləri sonsuzlaşdıran qarğıdalı yaratdıqlarını açıqladı. Çox maraqlıdır ki, “Epicyte” geni dəyişdirilmiş sperma öldürən qarğıdalını ABŞ Kənd Təsərrüfatı Nazirliyindən aldığı araşdırma fonunda yaratmışdı. 1990-cı illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nikaraqua, Meksika və Filippində 15-45 yaş aralığındakı milyonlarla qadının tetanoz xəstəliyinə qarşı peyvənd olunması üçün kampaniya başlatdı. Kişilər də tetanoz ola bilərdi, amma kişilərə peyvənd vurulmadı.

Bu şübhə yaradan vəziyyətdən sonra kilsə təşkilatı olan “Comite Pro Vida de Mexico” peyvəndləri sınaqdan keçirdi. Testin nəticələri ilə ÜST-ün ana ola biləcək yaşdakı qadınlara payladığı peyvəndlərin tərkibində onların hamilə qalmasına mane olan maddə olduğu ortaya çıxdı. Daha sonradan Rokfeller Fondu, Rokfeller Əhali Şurası, Dünya Bankı və ABŞ Milli Səhiyyə İnstitutları ÜST üçün tetanoz daşıyıcıdan sonsuzlaşdırmaq üçün peyvənd istehsalına görə 1972-ci ildə 20 illik layihəyə start verdikləri məlum oldu.

Rokfeller ailəsi və koronavirus -  İnsanlar bu gizli məqsəddən xəbərsizdir

Bütün dünyada məşhur olan strategiyaçı Villiam Engdahl müsahibəsində dünya əhalisinin sonsuzlaşdırılması ilə bağlı araşdırmalarından və görülən işlərdən danışmışdı. O daha sonra böyük əks-səda doğuran “Ölüm toxumları” və “Saxta donuz qripi və qidalar” kitabını yazdı. "Donuz qripi"nin laboratoriyalarda yaradılaraq dünyaya qəsdən yayıldığını açıqladı”.

Bəkir Xəzər böyük qüvvələrin əvvəlcə virusu yaydıqlarını sonradan qısırlaşdırıcı peyvəndlərin payladıqlarını qeyd edib:

“Villiam kitabında “Ailə planlaşdırılması, doğuşa nəzarət, molekulyar biologiya, biotexnologiya, ÜST, Dünya Bankı, Rokfeller Fondu və s. bu kimi gizli məqsədlərə kökləndi. Kiçik elit təbəqədən başqa digərləri bu gizli məqsəddən xəbərsizdirlər. Halbuki biosavaşlar üçün hazırlıqlar aramsız davam edir” -, deyə xəbərdarlıq edir.

Dünən Villiamın kitabını yazdığı “donuz qripi”, bu gün dünyada əhalisi ən çox olan və sürətlə böyüyən ölkəsi Çini vuran koronavirus... Mərhum Qədir Misiroğlu da illər əvvəl bir kitab yazdı. O, da “Çin və Hindistanın əhalisini virusla azaldacaqlar” deyə xəbərdarlıq etdi. İndi Çinin iqtisadiyyatını kiçildirlər. Bir daşla iki quş. 10 dollarlıq virus hələlik Çini 2 trilyon dollarlıq zərərə uğratdı. Qısa müddətdə bəlkə də bu məbləğ 10 dəfə artacaq. Əməliyyat davam edir!”

Billurə Yunus