Tüstüsü xeyirli, toxumu qiymətlidir: bu bitkinin əvəzi yoxdur - İsmayıl Rafiqoğlu yazır

  • 17 mart, 2020 17:12
Tüstüsü xeyirli, toxumu qiymətlidir: bu bitkinin əvəzi yoxdur - İsmayıl Rafiqoğlu yazır

Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov bu günlərdə yoluxucu xəstəliklərə qarşı mübarizədə üzərlikdən yararlanmağı təklif edib. Türkmənistan prezidentin bildirdiyinə görə, bu bitkinin tüstüsü insanın infeksiyaların orqanizmə daxil olmasının qarşısını alır. Rəsmi məlumata görə, hələlik dünyanın qarşısında aciz qaldığı koronavirusa yoluxma faktı Türkmənistanda qeydə alınmayıb.

Tüstüsü xeyirli, toxumu qiymətlidir: bu bitkinin əvəzi yoxdur - İsmayıl Rafiqoğlu yazır

Yerli əhali qrip və virus yayıldığı dövrdə üzərlik yandırarmış

Koronavirusla mübarizədə üzərlikdən istifadə edilməsinin faydalı olduğunu həm də Daşkənd Tibb universitetinin məzunu, alternativ təbabət və naturologiya üzrə ixtisaslaşmış Boris Uvaydov təsdiqləyib. Həkim və yazıçı bu yaxında öz “Youtube” kanalında koronavirusla bağlı çıxışında üzərliyin istifadəsi səbəbindən özbək və türkmənlərin hələ sovet dövründə epidemiya kimi yayılan xəstəliklərə az yoluxmasından danışıb.

Uvaydovun fikrincə, özbək kəndlərində yerli əhali qrip və virus yayıldığı dövrdə üzərlik yandırarmış. Alim bildirib ki, evləri dezinfeksiya etmək üçün üzərlik yandırmaq məsləhətdir. Üzərlik tüstüsü ziyanlı viruslara qarşı mübarizədə çox effektlidir.

Tüstüsü xeyirli, toxumu qiymətlidir: bu bitkinin əvəzi yoxdur - İsmayıl Rafiqoğlu yazır

Qrip, koronavirus və digər respirator xəstəliklərlə müalicə yollarından biri kimi həkimlər evkalipt, çay ağacı və ağ şam ağacının efir yağlarından istifadə etməyi məsləhət bilirlər. Bu yağları evdə xüsusi qurğuda yandırmaqla viruslarla olduqca effektiv mübarizə aparmaq mümkündür. Rusiyada viruslara qarşı daha çox buxur (rus dilində “ladan”) bitkisindən yararlanırlar. Onun da tüstüsü müsbət təsir göstərir. Lavandanın bitkisinin də efir yağı antiseptik təsirə malik olduğundan Rusiyada sevilir.

Toy məclislərində də üzərlik yandırıb gəzdirmək də bir adətə çevrilib

Azərbaycanda üzərliyə xüsusi yanaşma həmişə mövcud olub. Adətən nəzər və gözdəymədən qorunmaq üçün yandırılsa da, əslində özündə bir sıra müalicəvi xassələrin daşıyıcısı olan bir bitkidir.

Kol halında bitən üzərliyə Abşeronun demək olar hər yerində rast gəlmək olar. Adətən qəbiristanlıqda özünü çox yaxşı hiss edir, bol məhsul verir. İnsanların az olduğu, yol kənarında bitir. Qəbirlərin arasında elə bil ölmüş insanların ruhundan qidalanır. Ağ çiçəkləri, sarı-yaşımtıl yumru meyvələri olur. Meyvəsinin daxilində olan xırda qara toxumları yandırılır, ətrafa spesifik qoxu yayılır.

Tüstüsü xeyirli, toxumu qiymətlidir: bu bitkinin əvəzi yoxdur - İsmayıl Rafiqoğlu yazır

Üzərliyə Orta Asiyadan tutmuş Qafqazacan hər yerdə rast gəlinir. Rusiyanın cənubunda bitsə də, o qədər də populyar deyil. Rus dilində “qarmala” və ya “moqilnik” adlanır. Tərcümədə “köhnə qəbiristanlıq” mənasını verir.

Adi üzərlik (lat. Peganum harmala) çox zaman gözdəyməyə qarşı xüsusi mərasimdə istifadə edilir. Məsələn, adətən qadınlar bir az duz, bir az da üzərliyi uşağı bəd nəzərdən qorumaq məqsədilə onun başına dolayıb çiyninə toxunduqdan sonra yandırırlar. Toy məclislərində də üzərlik yandırıb gəzdirmək də bir adətə çevrilib. Bəzən tərkibində üzərlik olan, adətən İrandan gətirilən “atil-batil” də bu məqsədlə yandırılır. Çox gözəl qoxusu olur.

Toxumu oynaq ağrılarının birinci dərmanıdır

Üzərliyin müalicəvi gücündən çox danışmaq olar. Tərkibi alkaloidlər, harmin, harmolin, harmolol, peqanin kimi maddələrlə zəngindir. Kimyəvi analiz üzərliyin kütləvi çiçək açan yaşıl kütləsində 3,7% yağ, 18% selliloza, 24,1% protein, 30,7% ekstraktiv maddələrin olduğunu üzə çıxarıb.

Toxumu oynaq ağrılarının birinci dərmanıdır. Təpitməsi isti-isti bədənin ağrıyan yerinə qoyulanda ağrıları kəsir. Sidik yanmasına kömək edir – təpitməsini sidik kisəsi üzərinə qoymaqla və toxumundan 12 qramını şəkərlə içməklə bu dərddən qurtarmaq mümkündür.

Toxumunu sirkədə qaynadıb sonra həmin maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və çobanyastığı ilə birlikdə dəmləməsi də yaxşı nəticə verir. Tüstüsü diş ağrısına qarşı tövsiyə edilir. Üzərliyi kətan toxumu ilə və balla qarışdırıb qəbul etmək astmaya çox xeyirlidir. Üzərliyin kökündən hazırlanan dəmləməsi sinir sisteminə qıcıqlandırıcı təsir göstərir.

Tüstüsü xeyirli, toxumu qiymətlidir: bu bitkinin əvəzi yoxdur - İsmayıl Rafiqoğlu yazır

Tüstüsü xoş təsir bağışlayır

Tüstüsünün xoş təsir bağışlaması beyin damarlarının genişlənməsi, qan dövranının yaxşalaşması ilə əlaqəlidir. Bir növ pozitiv əhvalı yüksəldən dofamin və serotoninin artmasına səbəb olur. Dəmləməsini içmək bəzən maraqlı təsirə də səbəb ola bilər. Beyin fəaliyyətini yüksəldir deyə yuxusunu xatırlamayan insanlarda qıcıqlanma yüksələ bilər.

Üzərliyin koronavirusa qalib gəlmək gücündə olduğunu iddia etmək çətindir. Bunu hələ heç bir elmi araşdırma təsdiq etməyib. Sadəcə bu möcüzəli bitki daha çox qorxunu üstələməkdə hər bir insana yararlı ola bilər. Deməli, artıq istənilən virusa qalib gəlmək şansını ən azı yarıbayarı yüksəldər.

Müalicədə əvəzi yoxdur üzərliyin.

"MediaPost"