"Zəlzələ və fəlakətlərin səbəbkarı ABŞ-dır" - Ekoloqdan ŞƏRH

  • 3 fevral, 2020 15:14

Dağıdıcı zələzələ, sel, daşqın, yanğınlar, koronavirus...

Yeni ilin ilk günlərindən dünya bu cür fəlakətlərlə mübarizə aparır.

Hələ ötən ildən Avstraliyanı cənginə alan yanğın faciəsindən yaxa qurtarmamış, Çində yayılan koronavirus, Türkiyədə güclü zəlzələ, Yeni Zellandiyada vulkan püskürməsi insanları bədbinliyə sürükləyib.

Xarici KİV-lərdə bu fəlakətlərin dünyanın sonunu yaxınlaşdıracağı ilə bağlı məlumlar yer alıb.

Dünyanı cənginə alan təbii fəlakətləri kökündə nə dayanır? Doğrudan da baş verən hadisələr bizi dünyanın sonuna yaxınlaşdıracaq?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, mətbuatda bu barədə yayılan məlumatların əksəriyyəti yalandır:

Zəlzələ və fəlakətlərin səbəbkarı ABŞ-dır

"Bunlar hamısı şayiədir. Dünyada baş verən təbii fəlakətlərin hamısı böyük güclərin mübarizəsinin nəticəsidir. İqlimi idarə edən qurumlar var. Bunun üçün xüsusi silahlar hazırlanıb. Onlardan biri Rusyada “SURA”, digəri Amerikada “HAARP” silahıdır. İnsanlar bilməlidir ki, təbiətdə baş verən bu fəlakətlər dünyanın sonun yaxınlaşması deyil. Bunlar hamısı liderlik iddiasında olan dövlətlərin rəqib gördükləri qüvvələri özlərindən asılı salma istəyindən irəli gəlir. 2012-ci ildə belə bir yalan ortaya atmışdılar ki, guya dünyanın sonu gələcək. Nə qədər malları var hamısını satdılar. İndi də həmən oyun gedir. Dünyanı onlar yaratmayıblar ki, onlar da dağıtsın. Yeganə atom silahıdır ki, onlar partlasa Yer kürəsi meteoridlərə bölünüb, parça-parça olar. Məsələn, Yaponiyanın iqtisadiyat naziri Amerikanın verdiyi tapşırığı yerinə yetirmədiyi üçün kəllə-kəlləyə gəldirlər. Və ABŞ "HAARP"-dan istifadə edib, Fukusima atom stansiyasını dağıtdı. Ard-arda təbii fəlakətlər baş verdi və həmin nazir vəzifəsini tərk etməli oldu".

Fəsillərin yer dəyişdiyini deyən ekoloq bildirib ki, bunlar "silah oyunlarıdır": "Məsələn, Azərbaycanda qar yağmır, amma Cənubda yerləşən İranda bir metr qar yağır. Fəsillər yer dəyişikliyi edib. Deməli, bunlar silah oyunlarıdır. Yanğınlar, daşqınlar hamısı bu oyunun məhsuludur, insanlara da nə çatdırırlarsa, ona da inanırlar. Lider dövlətlərin bir qismində mikrobioloji laboratoriyalar var. Həmin laboratoriyalarda bu viruslar hazırlanır və təbiətə ötürülür. Beləliklə də insanlar bunlara yoluxur. Nəyə görə virus Çində yaranıb? Çünki ABŞ-la Çin arasında iqtisadi rəqabət var. Bunlar ABŞ-ın yeni oyunudur. Bu virus yayıldıqdan sonra Çin iqtisadiyyatı külli miqdarda ziyana uğrayıb. ABŞ kimi güclü görürsə, özündəki silahlarla o ölkəni vurur".