Anar Kərimov: "Şuşanın tarixi əhəmiyyətini ona qaytaracağıq"
04.03.2021 13:26 Mədəniyyət

Anar Kərimov: "Şuşanın tarixi əhəmiyyətini ona qaytaracağıq"

"Bizim ən ümdə vəzifəmiz Şuşamızı bərpa etmək, onun tarixi əhəmiyyətini, bizim mədəniyyətimiz də olan rolunu tam bərpa etmək, musiqimizin, mədəniyyətimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir".

Bunu "MediaPost"a açıqlamasında Azərbaycan Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, restovrasiya və bərpa işləri Şuşadan başlanacaq: "Amma bu uzun sürən bir prosesdir. Burada hərtərəfli ölçülməlidir. Cənab Prezidentin də dediyi kimi biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Ona görə də tələsmək olmaz və bu işdə müəyyən strategiya olmalıdır. Bu üzrə də bərpa ediləcək. Şuşanın tarixi əhəmiyyətini ona qaytaracağıq".

Xəbərlər şöbəsi

Gündəm