Andrey Sipilin Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib
24.11.2022 17:47 Gündəm

Andrey Sipilin Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

MediaPost xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

news department

Gündəm