“Android” yeniləməsi “Samsung” smartfonlarını sıradan çıxarıb
15.04.2020 14:53

“Android” yeniləməsi “Samsung” smartfonlarını sıradan çıxarıb

“Samsung” şirkətinin bir sıra smartfonları üçün “Android” proqram yeniləməsinin buraxılışı dayandırılıb.

"MediaPost" “ICTnews”a istinadən xəbər verir ki, şirkət texniki problemlərlə əlaqədar “Galaxy M31” smartfonları üçün “Android 10” yeniləməsini dayandırıb. Bundan əvvəl istifadəçilər “M315FXXU1ATD1” quraşdırılmış proqram təminatının proqram nasazlıqlarına səbəb olmasından şikayətləniblər. Məsələn, qurğu sahiblərinin sözlərinə görə, “Android” yeniləməsinə görə, qurğuların işəsalma və söndürmə funksiyası sıradan çıxıb. Bir sıra hallarda isə qurğularda yenidən başlatma (restart) və işin dayandırılmasına rast gəlinib.

Nəşr sıradan çıxmanın səbəbini göstərməsə də, boşluqların kütləvi xarakterli olmasını hesab edərək əksər hallarda ondan yalnız Hindistanda “Samsung” istifadəçilərinin şikayət etməsini qeyd edir. “Galaxy M31” sahibləri, həmçinin şirkətin servis mərkəzlərinin koronavirus pandemiyasına görə fəaliyyətini dayandırmasından hiddətləniblər. “Samsung” tərəfindən yeniləmənin yüklənilməsi dayandırılıb, jurnalistlər isə zərərçəkən istifadəçilərə quraşdırılmış proqram təminatının əvvəlki versiyasına qayıtmağı tövsiyə ediblər.

“SamMobile” nəşri bildirib ki, bundan əvvəl oxşar problemlə “Galaxy A70” smartfonlarının sahibləri qarşılaşıb. İstifadəçilər qurğuların “Android 10” yeniləməsindən sonra işləməməsindən şikayət ediblər.

Xəbərlər departamenti

Gündəm