Ankarada Şuşa ili çərçivəsində sərgi-konsert keçirilib
22.11.2022 21:52 Gündəm Mədəniyyət

Ankarada Şuşa ili çərçivəsində sərgi-konsert keçirilib

Türkiyənin paytaxtı Ankarada Şuşa ili çərçivəsində sərgi-konsert keçirilib.

Mediapost xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə kitab təqdimatı və konsert proqramı baş tutub.

Tədbir öncəsində Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini əks etdirən fotolardan ibarət sərginin açılışı olub.

Hacı Bayram Vəli Universitetində təşkil olunan tədbirdə iştirakçılar Şuşa haqqında qısa film izləyib.

Səfir Rəşad Məmmədov və universitetin rəhbər heyəti çıxış edərək "Paşa Həyat" Sığortanın dəstəyi ilə İrs Mətbuat Evi tərəfindən türk dilində çap edilmiş "Salam, Azərbaycan" və "Qarabağın qara kitabı" adlı kitabların türk ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətini qeyd ediblər.

Professor Toğrul İsmayıl çıxışında kitablarda əhatə olunmuş mövzuları qeyd edib.

Tədbirin bədii hissəsində Universitetin konservatoriyasının musiqi qrupu və azərbaycanlılardan ibarət Şuşa qrupunun ifalarında zəngin musiqi proqramı təqdim olunub.

news department

Gündəm