Ankaranın Atakule zirvəsi  Azərbaycan və Türkiyənin  bayraqları ilə işıqlandırılıb
26.02.2021 22:40 Gündəm

Ankaranın Atakule zirvəsi Azərbaycan və Türkiyənin bayraqları ilə işıqlandırılıb

Türkiyənin paytaxtı Ankaranın məşhur simvollarından olan Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsini anmaq məqsədilə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb.

"MediaPost" xəbər verir ki, Ankaranın bir çox yerindən görünən qüllədə türk və ingilis dillərində yazılmış “Xocalını heç vaxt unutmayacağıq!” ifadəsi əks olunur.

Xəbərlər şöbəsi

Gündəm