Aparıcı canlı yayımda general qardaşının ölüm xəbərini alıb - VİDEO
16.01.2020 11:14

Aparıcı canlı yayımda general qardaşının ölüm xəbərini alıb - VİDEO

“MediaPost” xəbər verir ki, İraqda yayımlanan "Dihaj" adlı telekanalın aparıcısı Suqar Abbas Camil yayım zamanı qardaşının ölüm xəbərini alıb. Bağdadın şimalında hava limanına edilən hücum nəticəsində aparıcının ailə üzvü Tarıq Abbas Camil həyatını itirib. Suqar Camil daha sonra vəziyyətin izahını verib, izləyicilərdən üzr istədikdən sonra verilişi davam etdirib.

"Bir neçə dəqiqə öncə qardaşımın öldüyünü öyrəndim. Bu görüntüm üçün hər kəsdən üzr istəyirəm. Mediada öyrəndiyim şey şəxsi həyatında nə baş verirsə, versin, bunu efirə gətirməməyin gerçəyidir. Bu səbəblə proqrama davam edəcəyəm. Ölkədə baş verən ən son xəbərlərlə sizi tanış edəcəyəm", - deyə Suqar Camil bildirib.

“MediaPost”


Xəbərlər departamenti

Gündəm