“Apple” 500 milyon kompensasiya ödəyəcək
03.03.2020 15:57 Dünya

“Apple” 500 milyon kompensasiya ödəyəcək

"MediaPost" “ICTnews”a istinadən xəbər verir ki, korporasiya “iOS” mobil əməliyyat sisteminin yeni versiyaları quraşdırıldıqdan sonra məhsuldarlığı aşağı düşmüş ABŞ-dakı hər bir cihaz üçün 25 dollar ödəməyə razılaşıb.

Məlumata görə, “Apple” sözügedən qərarı qəbul etsə də, öz günahını etiraf etməyib.

2017-ci ilin sonunda “Apple” şirkəti “iPhone” cihazlarının məhsuldarlığının aşağı düşməsini etiraf etmişdi. Şirkətin rəsmiləri bildirmişdilər ki, onlar bunu yalnız yüksək yüklənmə vaxtı cihazın öz-özünə sönməsinin qarşısını almaq üçün ediblər. “iOS 11.3” sistemi çıxarılandan sonra smartfonlarda məhsuldarlığın aşağı düşməsini aradan qaldırmaqla yanaşı, batareyanın vəziyyətini də yoxlamaq imkanı əlçatan olub.

Xəbərlər departamenti

Gündəm