Apple iOS əməliyyat sisteminin Azərbaycanda bazar payı azalıb
11.11.2019 08:31 İqtisadiyyat

Apple iOS əməliyyat sisteminin Azərbaycanda bazar payı azalıb

Bu ilin oktyabr ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı sentyabr ayı ilə müqayisədə 1,2 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noyabr ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 48% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 8,7 faiz bəndi azdır.

Oktyabr ay ərzində "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 0,4 faiz bəndi artaraq noyabr ayının 1-nə 38,8% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 25,6 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,17% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 9,9 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 10,7 faiz bəndi azalıb.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 3,23%, naməlum əməliyyat sistemləri – 2,21%, "Linux" – 1,07% və s.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm