“Aprelin 20-dən sonra karantini ləğv etmək tezdir” - TƏBİB-in işçi qrupunun rəhbəri
16.04.2020 14:05 Gündəm

“Aprelin 20-dən sonra karantini ləğv etmək tezdir” - TƏBİB-in işçi qrupunun rəhbəri

"Aprelin 20-dən sonra karantindən çıxmaq tez ola bilər. Bu məsələ Operativ Qərargahla da dəqiqləşdiriləcək".

"MediaPost"un xəbərinə görə, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksion xəstəliklər üzrə uzman həkim Vasif Əliyevin "Qafqazinfo"ya müsahibəsində deyib.

O hesab edir ki, müddət uzadıla bilər: "Çünki bu dəqiqə karantindən çıxmaq yoluxma hallarının da olduğunu nəzərə alanda fikrimcə, tezdir. Belə olsa, təkrar ikinci bir dalğanı yaşaya bilərik. Bu vaxtı ən azı ayın sonuna kimi uzadıb gedişata görə qərar vermək lazımdır. Ani, düşünmədən addım atmaq sonradan bizə baha başa gələr. Qaydalar üzərində işlənilir. Amma bu qaydaları dövlətə təqdim etmədən danışmaq hələ tezdir. Bu qaydalar tam işləndikdən və dövlət tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə açıqlana bilər".

Xəbərlər departamenti

Gündəm