Aprelin 27-dən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri - SİYAHI
24.04.2020 14:52 Gündəm

Aprelin 27-dən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri - SİYAHI

"MediaPost" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

Xəbərlər departamenti

Gündəm