Apteklərdə koronavirusla bağlı yeni addım - FOTO
02.03.2020 09:35 Cəmiyyət

Apteklərdə koronavirusla bağlı yeni addım - FOTO

Azərbaycanda koronaviorusa yoluxma qeydə alındıqdan sonra artıq paytaxtdakı bəzi apteklərdə maarifləndirmə xarakterli elanlar vurulub.

“MediaPost”un xəbərinə görə elanlarda koronavirusdan qorunmağın yolları izah edilib.

Bundan əlavə, apteklərdə tibbi maskalar vitrinə qoyulub.

Əcazçılarla söhbətimiz zamanı məlum oldu ki, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudovun koronavirusla bağlı açıqlamasından sonra apteklərdə ən çox satılan məhsul tibbi maska və hidrogen peroksid olub.

Xatırladaq ki, R.Mahmudov insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün hidrogen peroksiddən (perekis) istifadə etmək lazım olduğunu deyib

Xəbərlər departamenti

Gündəm