Aqil M.Quliyev "rus sektor" məsələsindən danışdı: "Bu, zirəklikdir"
14.09.2020 13:50 Mədəniyyət

Aqil M.Quliyev "rus sektor" məsələsindən danışdı: "Bu, zirəklikdir"

Tanınmış azərbaycanlı rejissor, aktyor Aqil M.Quliyev son günlər rusdilli məktəblərin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

"MediaPost" xəbər verir ki, o, hər iki dildə təhsil alsa da, ağılla hərəkət etməyin lazım olduğunu deyib:

"Bakıda azərbaycandilli ailədə göz açan, daha sonra 10 il rusdilli orta məktəb bitirib, 4 il Azərbaycan dilində ali təhsil alan bir insanam. Ana dilini bilmək vacibdir, amma nə gözəl olardı ki, heç olmasa, bir dəfə ağılla hərəkət edək. Uzağa getməyə ehtiyac yoxdur, mən konkret rejissorluğa aid ədəbiyyatdan danışacağam. Xeyr, bir Stanislavski ilə iş bitmir. Yaxşı ki, onu sovet dövründə bizə məcburən etdiriblər. Dünya teatr və kino tarixində iz qoymuş dahilərin "rejissura" haqqında ingilis, alman, ispan, rus dillərində mühüm əsərləri var. Ən yaxın tərcümələr türk dilindədir, o da burada yoxdur. Yəni bu dəqiqə ingilis, alman, ispan, rus və türk dilini bilən vətəndaş bilik anlamında digərlərindən daha öndədir. Hələ ki vəziyyət budur.

Biz dünya miqyasında çox balaca bir dövlətik, ətrafdakı imperiyaların dilini bilmək ən azından zirəklikdir".

Billurə Yunus

Gündəm