Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM
14.04.2020 14:09 Rəsmi

Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.

"MediaPost" xəbər verir ki, sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm