“Aqrar Sığorta” büdcəsi ilə bağlı toplanacaq
06.11.2020 09:42 Maliyyə

 “Aqrar Sığorta” büdcəsi ilə bağlı toplanacaq

 “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin səhmdarları toplaşacaq. 

"MediaPost" xəbər verir ki, dekabrın 21-də şirkətin  payçıları olan sığorta şirkətləri növbədənkənar ümumi yığıncağı keçirəcək. Yığıncaq şirkətin Xətai rayonu, Nobel prospekti, 175 ünvanında (“Nobel Plaza”, 4-cü mərtəbə) yerləşən baş ofisində baş tutacaq. Məlumata görə, yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üçün büdcəsinin təsdiq edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki,  müştərək sığorta şirkəti 2020-ci ilin avqust ayında yaradılıb. Nizamnamə kapitalı 2 187 500 manat olan ASC-nin səhmdarları 7 yerli sığorta şirkətidir. ("PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC) 

Rahim Tarıverdiyev

Gündəm