AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır
10.01.2020 11:34 Cəmiyyət

AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 13–17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

AQTA-dan "MediaPost"-ya verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Xəbərlər departamenti

Gündəm