Arayik Arutyunyan döyüldü
26.02.2021 16:00 Dünya

Arayik Arutyunyan döyüldü

Onik Qasparyanla Qarabağ separatçılarının terrorçu lideri Araik Arutyunyan arasında görüş gərgin keçib.

"MediaPost" “168 Jam”a istinadən xəbər verir ki, görüş zamanı Arutyunyan Qasparyana təzyiq etməyə cəhd edib. Buna imkan verməyən Qasparyan Arutyunyana şillə vurub və görüş bununla da başa çatıb.

Qeyd edək ki, A.Arutyunyan Nikol Paşinyanla Baş Qərargah arasında yaranmış gərginliyin nizamlanmasında vasitəçilik edəcəyini bildirmiş və ötən gün Onik Qasparyanla görüş keçirmişdi. Görüşdə Qasparyanı istefaya çağırması barədə yayılan məlumatları isə o, gecə saatlarında təkzib etmişdi.

Anara Mikail

Gündəm