Araz Abdullayev rəsmən Türkiyə klubunda
16.09.2020 00:36 İdman

Araz Abdullayev rəsmən Türkiyə klubunda

“Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib.

"MediaPost" xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda “Panionios” və “Anortosis” klublarında legioner həyatı yaşayıb.

Xəbərlər departamenti

Gündəm