Araz Abdullayev yeni klubunda növbəti matçına çıxdı
21.09.2020 23:55 İdman

Araz Abdullayev yeni klubunda növbəti matçına çıxdı

Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.

"MediaPost" xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Araz da bu görüşün iştirakçısı olub. O, Bolu təmsilçisindəki debüt matçında 70-ci dəqiqədə meydana buraxılıb.

İki turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 13-cüdür.

Xəbərlər departamenti

Gündəm