ARDNF qızıla investisiyanı artıra bilər
27.02.2020 14:43 İqtisadiyyat

ARDNF qızıla investisiyanı artıra bilər

Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır.

"MediaPost" xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2019-cu il dekabrın 31-nə qızılın ARDNF-in investisiya portfelində ümumi həcmi 11,4 faiz (101,2 ton və ya 4,93 milyard dollar) təşkil edib. Alınan qızılın 1,77 tonu (81 milyon dollar) “AzerGold” QSC tərəfindən hasil edilən qızılın payına düşür. Qızıl alışları bazar qiymətlərinə uyğun olaraq həyata keçirilib.

"Həmçinin qeyd etmək istərdim ki, investisiya portfelinin həcmi və qiymət amilləri nəzərə alınaraq qızıl Neft Fondunun investisiya portfelində nəzərdə tutulan hədəf payına (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri) müvafiq olaraq artırıla bilər"-deyə o bildirib.

Xəbərlər departamenti

Gündəm