Argentina Rusiyadan 100 milyon doza vaksin alacaq
03.11.2020 17:38 Dünya

Argentina Rusiyadan 100 milyon doza vaksin alacaq

Argentina Rusiyanın koronavirus pandemiyasına qarşı hazırladığı "Sputnik V" vaksin nümunəsindən 10 milyon doza alacaq.

"MediaPost" xəbər verir ki, bu barədə ölkə başçısı Alberto Fernandez məlumat verib.

O, açıqlamasında dekabr ayında vaksin tətbiqinə başlana biləcəyini qeyd edib: "10 milyon doza vaksini bizə verə biləcək vəziyyətdədirlər. Mənə dedilər ki, yanvar ayının əvvəlində daha 15 milyon doza ala bilərik".

 Fernandez rus rəsmilərlə görüşlərin davam etdiyini bildirərək "qiymət məsələsini müzakirə edirik, amma razılaşma uzaq deyil. Dünyada çıxan ilk vaksini almaq bizim üçün önəmlidir", - deyə vurğulayıb. 

Məlumat üçün bildirək ki, Argentinada COVID-19 nəticəsində 31.140 nəfər ölüb, 1.173.533 nəfər virusa yoluxub. 

Anara Mikail

Gündəm