Arif Quliyevin səhhəti nisbətən stabilləşib
27.04.2021 09:59 Mədəniyyət

Arif Quliyevin səhhəti nisbətən stabilləşib

Xalq artisti Arif Quliyevin səhhəti əvvəlki günə nisbətən stabil olub.

"MediaPost" xəbər verir ki, bu barədə apa-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin nisbətən normallaşdığını deyib: "Hələ süni tənəffüs cihazına qoşulu vəziyyətdə olsa da, dünən gecə səhhətində irəliləyiş olub. Açığı, biz çox qorxurduq, lakin şükür Allaha, səhhətində nisbətən irəliləyiş baş verib".

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

Xəbərlər departamenti

Gündəm