Artan yanğınlar və yaranan problemlər: Sahibkarlar sığorta etdirmir?
19.02.2020 07:51 Fikirlər

Artan yanğınlar və yaranan problemlər: Sahibkarlar sığorta etdirmir?

Dünən "Sədərək" Ticarət Mərkəzində belə hadisənin yaşanması sahibkarların müəssisələrini sığorta etdirməməsi ilə əlaqədar məsələni yenidən gündəmə gətirib. Müxtəlif vaxtlarda "EuroHome", "Diqlas", "Binə" və digər ticarət mərkəzlərindəki yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqlar ortaya çıxıb. Mütəxəssislər qeyd edirlər ki, belə ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, binaların tikintisində nöqsanlar müşahidə edilir. Həmçinin yanğın təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmadığı, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verildiyi bildirilir.

2011-ci ildən daşınmaz əmlakın sığortası icbari olsa da, hələ də obyektlərini sığorta etdirməyən sahibkarlar var.

Artan yanğınlar və yaranan problemlər: Sahibkarlar sığorta etdirmir?

Mövzu ilə əlaqədar sığorta üzrə ekspert İlkin İbrahimov "MediaPost"a açıqlama verib. O bildirib ki, ölkəmizdə ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar iri bizneslərini əksər hallarda vergidən və gömrük bəyannaməsindən ya keçmədən, ya da ayrı-ayrı şəxslərin adına bəyan etməklə işlətdiklərindən şəffaf mühasibatlıqları olmur:

"Daşınmaz əmlakın sığortası icbaridir, yəni məcburi qaydada sığortalanmalıdır. Lakin daşınar əmlaklar hansı ki, bir qaydası da satış məqsədi ilə gətirilən məhsullara aiddir, bunların da sığortası könüllüdür. Yəni həm sığorta şirkəti, həm də sahibkarın qarşılıqlı razılığı ilə sığorta müqaviləsi bağlanır. Sığorta müqaviləsi bağlanan zaman sığortaçı sığorta haqqını müəyyən etmək üçün mütləq mühasibatlıq sənədlərinə baxmalıdır. Əksər hallarda isə sahibkarların bu sənədləri yerində olmadığından sığorta şirkətləri də sığortalanmaya isti yanaşmır. Ona görə də ilk növbədə bu maraq sahibkarlarda yaranmalı və tətbiqi üçün müraciətlər etməlidirlər".

Xəbərlər departamenti

Gündəm