Artıq“novostroyka”larda bir mənzil eyni vaxtda bir neçə nəfərə satıla bilməyəcək
27.02.2020 16:15 Cəmiyyət

Artıq“novostroyka”larda bir mənzil eyni vaxtda bir neçə nəfərə satıla bilməyəcək

“MediaPost” APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdəistismarına icazə verilməmiş çoxmənzilli binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi və fəaliyyətinin təmin edilməsi, belə mənzillərə dair hüquqların internet informasiya resursu vasitəsilə real vaxt rejimində yoxlanılması üçün müvafiq şərait yaradılmasını təmin etməlidir. Bunun üçün vahid informasiya bazası və yeni mexanizmin fəaliyyəti təmin ediləcək.

Xəbərlər departamenti

Gündəm