Arutyunyanın "facebook"unda fərarilərə müraciət:  "Bu biabırçılıqdır..."
03.11.2020 16:47 Hərbi

Arutyunyanın "facebook"unda fərarilərə müraciət: "Bu biabırçılıqdır..."

Ölüm xəbəri yayılan Qarabağ separatçılarının lideri Arayik Arutyunyan "facebook" səhifəsində Ermənistan silahlı qüvvələrində hərbçilərin və vəzifəli şəxslərin fərarilik etiklərini təsdiqləyib və bununla bağlı müraciət edib.

"MediaPost" xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirildiyi deyilən  Arayik Arutyunyan fərarilik edən hərbçilər və vəzifəli şəxsləri cəzalandırılacağı ilə hədələyib: ""Artsaxı" (Dağlıq Qarabağ) tərk edən yüksək və aşağı dövlət məmurları cəzalandırılacaq. Müharibə günlərində buranı tərk edərək fərarilik etmiş yüksək rütbəli hərbçilər, dövlət məmurlarının biabırçı davranışları ilə bağlı ictimai müzakirələri nəzərə alaraq sizi inandırıram ki, hər kəs müvafiq cəzasın alacaq. Onlar öz vəzifələrindən qovulacaqlar".

Müraciət əksər erməniləri təəccübləndirib və onlar bunun yersiz olduğunu bəyan ediblər.

Xəbərlər departamenti

Gündəm