"ASAN xidmət" mərkəzlərində icbari tibbi sığorta xidmətləri üzrə köşklər quraşdırılacaq
05.12.2019 08:40

"ASAN xidmət" mərkəzlərində icbari tibbi sığorta xidmətləri üzrə köşklər quraşdırılacaq

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu köşklər vasitəsilə vətəndaşlar müəyyən xidmətləri onlayn əldə edə biləcəklər. Məsələn, həkimlə konsultasiya xidməti. Bu xidmət vasitəsilə həkim tərəfindən hansı müayinələrdən keçməyə dair məlumatlar veriləcək. Ünsiyyət video-görüntü ilə həyata keçiriləcək.

Vətəndaşların müraciətləri qeydə alınacaq və bu müraciətlərin icra statusu barədə məlumat əldə etmək mümkün olacaq.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm