“ASAN xidmət” və "ASAN Kommunal" bu tarixdə işləməyəcək
06.11.2020 16:17 Cəmiyyət

“ASAN xidmət” və "ASAN Kommunal" bu tarixdə işləməyəcək

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

“ASAN xidmət"dən "MediaPost"a verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Xəbərlər şöbəsi

Gündəm