AŞPA-nın qış sessiyasında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçiriləcək
25.01.2020 13:07 Siyasət

AŞPA-nın qış sessiyasında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçiriləcək

Milli Məclisin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sessiyada parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.

Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.

Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm